RU

Ramiz Mehdiyevin gəlini qısa açıqlama verdi və telefonu söndürdü

Ramiz Mehdiyevin Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri olan gəlini Nigar Mehdiyevanın işə çıxmaması ilə bağlı məlumat yayılıb.

Ölkə.Az xəbər verir ki, Manset.az məsələni dəqiqləşdirmək üçün Nigar Mehdiyeva ilə əlaqə saxlayıb. O, hazırda iş başında olduğunu bildirib:

"Mən işdəyəm. Hazırda iclasdayam. Bu məsələlərə şərh vermək istəmirəm"– deyə Nigar Mehdiyeva qeyd edib.

Qayınatası Ramiz Mehdiyevlə bağlı suala gəlincə isə Nigar Mehdiyeva bunu cavablandırmayıb və telefon danışığını sonlandırıb.

Избранный
32
15
olke.az

10Источники