RU

Litva Belarusla sərhədini bağlaya bilər: müzakirə gedir

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Belə bir hal təkrarlanarsa, biz Belarusla sərhədi daha uzun müddətə bağlaya bilərik”

Litvanın hava məkanına qaçaq siqaret daşıyan çoxlu sayda hava balonlarının daxil olması və uçuş təhlükəsizliyini təhdid edən insidentlə əlaqədar Litva Belarusla sərhədini bağlamağı düşünür. AYNA.AZ xəbər verir ki, bu barədə Litva Pezidentinin müşaviri Deividas Matulionis LRT milli radiosunda məlumat verib.

“Hesab edirik ki, məsul nümayəndələrimiz və Xarici İşlər Nazirliyi Belarus hakimiyyəti ilə əlaqədə daha sərt addımlar atmalı və vurğulamalıyıq ki, belə bir hal təkrarlanarsa, biz Belarusla sərhədi daha uzun müddətə bağlaya bilərik”, - deyib.

Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına görə, çərşənbə axşamı saat 23:00 (Bakı vaxtı ilə 12:00) radələrində Litvanın hava məkanında siqaret qaçaqmalçıları tərəfindən Belarusdan Litvaya qaçaqmalçılıq yolu ilə siqaret keçirmək üçün istifadə edilən onlarla hava balonu aşkar edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
ayna.az

1Источники