RU

Orqanizmi təmizləyir, təziqi dərhal salır - Gündə bir stəkan şirəsini için

Çuğundur həm qida dəyərinə, həm də müalicəvi xüsusiyyətlərinə görə ən dəyərli tərəvəzlərdən biri sayılır. Zəngin tərkibi sayəsində orqanizmin bir çox funksiyasını dəstəkləyir, qan dövranını yaxşılaşdırır, enerji verir və immun sistemini gücləndirir.

“Yeni Sabah” xəbər verir ki, həkim və dietoloqlar çuğunduru həm xam, həm bişmiş, həm də şirə formasında müntəzəm qəbul etməyi məqbul sayırlar.

Çuğundur tərkibindəki nitratlar sayəsində qan damarlarını genişləndirir, qan dövranını gücləndirir və təzyiqin normallaşmasına kömək edir. Aparılan elmi araşdırmalara görə, çuğundur şirəsi içmək yüksək qan təzyiqini təbii şəkildə azalda bilər. pizza mizza

Nitratlar beyinə qan axınını artıraraq yaddaşı, diqqəti və zehni fəaliyyəti gücləndirir. Bu səbəbdən çuğundur xüsusilə yaşlı insanların qidalanma rasionunda olmalıdır.

Çuğundur dəmir, fol turşusu və C vitamini ilə zəngindir. Bu maddələr qanın tərkibini yaxşılaşdırır, anemiyanın (qanazlığının) qarşısını alır və orqanizmi oksigenlə təmin edir.

Tərkibindəki betain adlı maddə qaraciyərin fəaliyyətini aktivləşdirir, toksinləri orqanizmdən xaric edir. Çuğundur həm də təbii liflərlə zəngin olduğu üçün həzm sistemini gücləndirir, qəbizlik problemini aradan qaldırır.

A, C və E vitaminləri, eləcə də sink, maqnezium və kalium kimi minerallar sayəsində çuğundur orqanizmin müdafiə sistemini gücləndirir, infeksiyalara qarşı müqaviməti artırır.

Çuğundur şirəsi idmançılar arasında məşhurdur. O, əzələlərin oksigenlə təminatını artırır, yorğunluğu azaldır və bədəni daha dözümlü edir.

Çuğundurdakı antioksidantlar dərini gənc və parlaq saxlayır, sızanaq və ləkələrlə mübarizə aparır. Saç və dırnaqların uzanmasını da sürətləndirir.

Aşağı kalorili, lakin yüksək qidalı dəyərə malikdir. Çuğundur həm arıqlamaq istəyənlər, həm də sağlam həyat tərzi sürənlər üçün əvəzolunmaz qidadır.

Gündə 1 stəkan təzə çuğundur şirəsi orqanizmi enerji ilə təmin edir.

Qeyd edək ki, hipotoniya (aşağı təzyiq) problemi olanlar, böyrəkdə daş və ya şəkər xəstəliyi olan şəxslər çuğunduru çox miqdarda qəbul etməməlidirlər.

Aydan Hacı 


Telegram kanalımız
Избранный
56
yenisabah.az

1Источники