RU

Beynəlxalq səyyahlar Qarabağda aparılan işlərə heyranlıqlarını bildirdilər

AĞDAM, 22 oktyabr. TELEQRAF

Bu, mənim Ağdama ilk gəlişimdir. Burada aparılan tikinti-qurucluluq işlərini görmək çox təsiredicidir.

Teleqraf xəbər verir ki, bu sözləri almaniyalı səyyah Oliver Kempkens beynəlxalq səyahətçilərin Qarabağa səfər çərçivəsində deyib.

O bildirib ki, 2021-ci ildə burada olmuş dostlarından eşitdikləri ilə müqayisədə indi gördükləri heyrətamizdir: "Bu, mənim Azərbaycana ikinci səfərimdir. İlk dəfə 2017-ci ildə hələ Moskvada professor kimi çalışdığım vaxtda, Bakıda keçirilən bir konfransda iştirak etmişdim.

O vaxt da çox müsbət təəssürat almışdım. Xüsusilə Azərbaycanın digər postsovet ölkələri ilə müqayisədə tamamilə fərqli ab-havaya malik olduğunu görmək mümkündür. Bu ölkədə Avropa üslubunda, müasir, yaxşı təhsilli və dinamik insanlar var.

2017-ci ildə Bakıda məni təsirləndirən inkişafın indi burada da davam etdiyini görürəm. Burada çox ciddi infrastruktur və yol işləri aparılır, hər yerdə canlanma hiss olunur. Hesab edirəm ki, bu ərazi yaxın illərdə çətin dövrlərdən sonra çiçəklənən bir bölgəyə çevriləcək.

Azərbaycan xalqını və ölkə rəhbərliyini bu möhtəşəm işlər münasibətilə təbrik edirəm. Həqiqətən, fantastik nəticələrdir".

Portuqaliyalı səyyah Jo Paulo Pihoto isə fikirlərini belə ifadə edib: "Karabao Universitetində fəlsəfə doktoruyam, burada olmaqdan çox məmnunam. 2021-ci ildə də bura gəlmişdim — o zaman hər şey hələ dağıdılmış vəziyyətdə idi. O vaxt bu ərazilərin bərpası ilə bağlı planları mənə göstərmişdilər, indi isə həmin planların reallaşdığını öz gözlərimlə görürəm".

Portuqaliyalı səyyah deyib ki, yenidənqurmanı görmək, insanların artıq burada sülh şəraitində yaşadığını müşahidə etmək çox xoşdur: "Açığı, heyranam. Çünki 2021-ci ildə bura gələndə bu qədər tez və bu səviyyədə işlərin görüləcəyini gözləmirdim. Yollar, infrastruktur — hər şey sadəcə mükəmməldir".

Избранный
101
teleqraf.com

1Источники