RU

Alman səyyah: Ağdamda fantastik işlər görülür

Ağdamda fantastik işlər görülür.

Bunu beynəlxalq səyyahlarla birgə Ağdamda səfərdə olan Almaniyadan olan səyyah Oliver Kompkens APA-ya deyib.

“Burada davam edən bərpa-quruculuq işlərini görmək heyranedicidir”, - səyyah vurğulayıb.

Azərbaycana ikinci dəfə səfər etdiyini xatırladan səyyah Azərbaycana ilk dəfə 2017-ci ildə səfər etdiyini qeyd edib: “O vaxt mən Moskvada professor idim və konfransda çıxış etmək üçün Bakıya gəlmişdim. O zaman da mən Azərbaycana heyran olmuşdum. Xüsusən Azərbaycanı başqa postsovet ölkələri ilə müqayisə edəndə fərqli bir atmosferi və çox avropalaşmış, müasir ölkə və təhsilli bir xalq görmək olur. 2017 ci ildə Bakıda olanda məni heyran edən şeyləri yenə burada gördüm”.

Oliver Kompkens azad edilmiş Ağdam şəhərininin dirçəldiyini, burada yol və digər infrastruktur işlərinin icra edildiyini vurğulayıb: “Azərbaycan xalqını və hökumətini fantastik işə görə təbrik edirəm. Ağdam şəhəri tam bərpa ediləndən sonra növbəti illərdə də bura gəlməyə can atacağam”.

Избранный
80
1
apa.az

2Источники