RU

Macar nazir Budapeşt sammitini əngəlləyənləri “tapdı”

Macarıstanın xarici işlər naziri Peter Siyarto ABŞ və Rusiya xarici siyasət idarələri başçılarının görüşünün ləğvinə görə “hərbiyönlü siyasi çevrələri” ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, macar nazir bu barədə X sosial şəbəkəsində yazıb.

Siyarto iddia edib ki, ABŞ və Rusiya prezidentləri arasında Budapeştdə “sülh sammiti” elan edildikdən sonra “bir çoxlarının bunun baş verməməsi üçün mümkün olan hər şeyi edəcəyi göz qabağındadır”.

“Hərbiyönlü siyasi elita və onların KİV-ləri müharibə və ya sülh üçün həlledici ola biləcək hadisələrdən əvvəl həmişə belə davranır”, – deyə Siyarto vurğulayıb.

Macar diplomatının sözlərinə görə, eyni şey “Avropa Şurasının demək olar ki, hər iclasından əvvəl, sanksiyalar və ya Avropa Sülh Fondu ilə bağlı qərarların qəbulundan öncə baş verir”.

“Bu dəfə heç bir dəyişiklik olmayacaq. Sammit baş tutmayana qədər sızıntılar, saxta xəbərlər və onun baş tutmayacağına dair bəyanatlar dalğasını gözləyin”, – Macarıstanın xarici işlər naziri əlavə edib.

Xatırladaq ki, bundan öncə KİV-lər ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında bu həftə baş tutmalı olan görüşün təxirə salındığını xəbər vermişdilər. Görüşün ertələnməsinin konkret səbəbləri göstərilməsə də, anonim mənbələrdən biri bunun Rusiya-Ukrayna müharibəsinin məqbul sonuna dair fərqli baxışların olması ilə izah edib.

“Reuters” yazıb ki, Rusiyanın Ukraynada dərhal atəşkəsdən imtina etməsi Budapeşt sammitinin baş tutmasını təhlükə altında qoya bilər.

Xatirə SADIQ

Избранный
59
nocomment.az

1Источники