Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirilən və faiz dəhlizinin parametrlərinə dair qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında ölkənin iqtisadi göstəriciləri ilə bağlı əhəmiyyətli açıqlamalar verib.
FED.az xəbər verir ki, Taleh Kazımovun verdiyi məlumata əsasən, 2024-cü ildə ölkənin ticarət balansı 1,8 milyard dollar profisitlə yekunlaşıb. Strateji valyuta ehtiyatları isə 14,7% artaraq 10,5 milyard dollara çatıb.
Sədr əlavə edib ki, fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 1,8 faiz bəndi azalıb. Cari əməliyyatlar balansı üzrə 2024-cü il üçün proqnoz 3,7 milyard dollar səviyyəsindədir. 2026-cı il üzrə proqnoz isə dəyişməyərək, iyul ayında elan edilən 3 milyard dollar ətrafında saxlanılıb.
Bununla yanaşı, Taleh Kazımov qeyd edib ki, bu il ÜDM artımı 1,3%, qeyri-neft sektorunda isə 2,9% təşkil edib. 2025-ci il üçün ÜDM artımı 2,2%, 2026-cı il üçün isə 2% səviyyəsində proqnozlaşdırılır. Qeyri-neft ÜDM artımı isə 2025 və 2026-cı illərdə müvafiq olaraq 3,7% və 4,4% olacaq.