Azərbaycan Mərkəzi Bankı (AMB) iqtisadi artım proqnozunu 2025-ci ilin sonuna 2,2%-ə, 2026-cı il üzrə 2%-ə endirib.
“APA-Economics” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında AMB-nin sədri Taleh Kazımov deyib.
O bildirib ki, AMB cari il üzrə qeyri-neft ÜDM-nin artımını 3,7%, 2026-cı ildə müvafiq olaraq 4,4% müəyyən edib.