RU

Avropa ölkələri Ukraynada atəşkəs planı üzərində işləyirlər

ain.az, Azpost saytına istinadən bildirir.

Avropa ölkələri Kiyevlə birlikdə hazırkı təmas xətti boyunca hərbi əməliyyatların dayandırılmasına yönəlmiş 12 bəndlik təşəbbüs üzərində işləyirlər.

AzPost-un məlumatına görə, bu barədə Bloomberg məlumatlı mənbələrə istinadən xəbər verir.

Plana əsasən hər iki tərəfdən atəşi və hücumu dayandırmaq tələb olunacaq. Plana həmçinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri və onun Avropa İttifaqına vaxtından əvvəl qoşulma imkanları da var.

Müqavilə uğurla icra olunarsa, Rusiyaya qarşı sanksiyalar tədricən aradan qaldırılacaq.

Sazişlərin icrasına ABŞ prezidenti Donald Trampın sədrliyi ilə xüsusi şuranın nəzarət edəcəyi gözlənilir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
azpost.info

2Источники