RU

Paşinyan tranzit icazəsinə görə İlham Əliyevə təşəkkür edib

Ermənistanın baş naziri Azərbaycan prezidentinin qərarını mühüm addım adlandırıb...

Poliqon xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin tranzit məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı qərarına görə minnətdarlığını bildirib. O, bu barədə Tbilisidə keçirilən 5-ci İpək Yolu Forumunda çıxışı zamanı deyib.

Paşinyan çıxışında qeyd edib:
Prezident İlham Əliyev yaxın günlərdə bəyan etdi ki, Azərbaycan ərazisindən Ermənistana istiqamətlənən yüklərin tranzit keçidi ilə bağlı məhdudiyyətlər aradan qaldırılır. Bu, son dərəcə mühüm bəyanatdır və mən bu qərara görə Azərbaycan prezidentinə dərin təşəkkürümü bildirir, bu addımı yüksək qiymətləndirirəm.”

Ermənistan hökumət başçısının sözlərinə görə, bu qərar regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası baxımından əhəmiyyətli hadisədir və iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradır. Paşinyan həmçinin qeyd edib ki, Cənubi Qafqazda sabitlik və qarşılıqlı faydalı münasibətlərin qurulması bütün ölkələrin maraqlarına cavab verir.

Poliqon.info

Избранный
32
poliqon.info

1Источники