RU

Biləsuvarda 45 yaşlı kişi bıçaqlandı - Həmkəndlisi şübhəlidir

Biləsuvarda bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, Avtovağzal ərazisində baş verib.

Belə ki, Ovçubərə kənd sakini, 1980-cı il təvəllüdlü Mikayılov Rüfət Xudaşükür oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə onun həmkəndlisi, 32 yaşlı İmanov Novruz Müstəcəb oğlu şübhəli bilinir.

İlkin məlumata görə, hadisəyə səbəb həmkəndlilər arasında davam edən ədavət olub. 

R.Mikayılov Bakıdan bir neçə gün öncə kəndə gəlibmiş.

"Cebheinfo.az" 

Избранный
20
1
cebheinfo.az

2Источники