RU

Messi ayın oyunçusu seçilməklə yeni rekorda imza atıb

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS-də oktyabr ayının ən yaxşı oyunçusu seçilib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Messi karyerasında beş dəfə MLS-də ayın oyunçusu seçilib ki, bu da, yeni liqa rekordudur (iki mövsümdə beş mükafat). 

Messi eyni zamanda MLS tarixində Karlos Vela (2019) və Kris Vondolovskidən (2012) sonra bir mövsümdə üç dəfə MLS-də ayın oyunçusu mükafatını qazanan üçüncü futbolçu olub. 

Qeyd edək ki, argentinalı ulduz oktyabrda meydana çıxdığı 3 matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
70
sport24.az

1Источники