Bakı. Trend:
Almaniyanın Meklenburq-Ön Pommern əyalətində iki quşçuluqfermasında quşlarda H5N1 virusunun variantı aşkar edilib.
Trend-inməlumatına görə, bu barədə "DW" xəbər yayıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi bildirib ki, indikimərhələdə bu fermalarda 150 min toyuq məhv edilməlidir.
Payızın əvvəlindən həmin rayonda ev quşları arasında beş quşqripi epidemiyası qeydə alınıb və ilin əvvəlindən belə hallarümumilikdə 9-a çatıb. H5N1 virusu getdikcə vəhşi quşlarda, xüsusilədurnalarda da müşahidə edilir.
Yerli Kənd Təsərrüfatı Nazirliyi quşçuluq təsərrüfatçılarınıxüsusi diqqətli olmağa çağırıb. Nazirlik bildirib ki, toyuqlartez-tez ölməyə, az yeyib-içməyə və ya daha az yumurta qoymağabaşlayarsa, dərhal baytarla əlaqə saxlamaq lazımdır.