RU

Ağalarovlar “Rusiya Ordusu” enerji içkiləri istehsalından uzaqlaşıblar

Emin Aqalarov “Uni Pak” şirkətindəki payını satıb...

Poliqon Rusiya mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı əsilli rusiyalı iş adamı Araz Ağalarovun oğlu, müğənni və sahibkar Emin Aqalarov artıq Moskvaətrafı “Uni Pak” içki istehsalçısının sahibi deyil. Rəsmi sənədlərə əsasən, 13 oktyabrdan etibarən şirkətin 100 faiz payı Kalujadan olan, ictimaiyyətə tanış olmayan biznesmen Yeqor Kulikova məxsusdur.

Kulikov kiçik miqyaslı sahibkar kimi tanınır və biznes fəaliyyətində ciddi uğurlar əldə etməyib. O, vaxtilə Moskvada “Wildberries”in məhsul paylama məntəqəsini açsa da, orada 667 min rubl dəyərində mallar yoxa çıxmış, müştərilərə çatmamışdı. Onun vebsayt hazırlanması ilə məşğul olan şirkətinin illik dövriyyəsi 2 milyon rubldan artıq deyil. Buna görə də 1 milyard rubl illik gəliri olan “Uni Pak”ın alınması üçün vəsaiti haradan tapdığı sual doğurur.

Avqust ayında məlum olmuşdu ki, “Uni Pak” şirkəti Mojayskdə yerləşən “Spaso-Borodinskiye vody” zavodunda “Rusiya Ordusu” adlı enerji içkiləri istehsalına başlamağı planlaşdırır. Bu içkilər hazırda “Voyentorq” mağazalar şəbəkəsində satılır. Lakin bu brendin yaranması və Aqalarovların onunla əlaqəsi Azərbaycanda narazılıqla qarşılanıb. Xüsusilə də Bakı–Qroznı aviareysi ilə bağlı insidentdən sonra AzərbaycanRusiya arasında münasibətlərin gərginləşdiyi bir vaxtda belə addımlar ictimaiyyətin diqqətindən yayınmayıb.

Poliqon.info

Избранный
71
poliqon.info

1Источники