RU

Öz uşaqlarını NATO-ya, 14 yaşlı rusları isə həbsə göndərən deputatlar

Rusiya Dövlət Dumasına 14 yaşlı yeniyetmələrin həbsini mümkün edən yeni qanun layihəsi təqdim olunub.

Musavat.com xəbər verir ki, sənəd diversiya ilə bağlı cinayətləri terrorçuluqla eyniləşdirir və bu əməllərə görə məsuliyyət yaşını 16-dan 14-ə endirir.

Qanuna görə, belə cinayətlər üçün şərti cəza və müddət məhdudiyyəti ləğv ediləcək. Layihənin müəllifləri arasında 450 deputatdan 419 nəfər var - bu, Kremlin onu “xüsusi dövlət əhəmiyyətli təşəbbüs” kimi qiymətləndirdiyini göstərir.

Lakin “MO” (Mojno Ob’yasnit) nəşrinin apardığı araşdırma göstərib ki, bu qanuna səs verən bir çox deputatların öz övladları Rusiya qanunları ilə heç vaxt qarşılaşmayacaq — çünki çoxdan “dost olmayan” NATO ölkələrində yaşayır və təhsil alır.

Vyaçeslav Fetisov — keçmiş hokkeyçi, hazırda deputat. O, 13 il ABŞ-da yaşayıb. Qızı Anastasiya-Aleksandra Nyu-Yorkda doğulub və orada yaşayır. Deputat “vətənpərvər” imicinə baxmayaraq, onu Rusiyaya qaytarmayıb.

İrina Rodnina — onun qızı Alyona Min’kovskaya ABŞ-a 4 yaşında köçüb, indi isə Amerikanın televiziya kanallarında çalışır və LGBT+ hüquqlarını müdafiə edir. O, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsini açıq şəkildə pisləyib.

Aleksandr Remezkov — oğlu Stepan ABŞ-da Hofstra Universitetində biznes təhsili alıb, bundan əvvəl isə Valley Forge hərbi akademiyasında oxuyub. Digər oğlu Nikolay Böyük Britaniyada Malvern Kollecində, qızı Mariya isə Avstriyada idman məktəbində təhsil alıb.

Aleksey Çepa — onun oğlu Daniil 22 yaşında İspaniyada 15 milyon avroluq villa alıb. Ailənin bu evdə yaşadığı bildirilir. Daniilin Britaniya vətəndaşlığı da var. Deputatın qızı Anastasiya isə Böyük Britaniyada lüks məhsullar ticarəti ilə məşğul olan şirkətin sahibidir.

Leonid Simanovski — qızı Svetlana illərdir İsveçrədə yaşayır. O, Putinlə yaxın milyarder Leonid Mixelsonla birlikdə “Levit” şirkətinin ortağıdır. Bu şirkət Rusiya qaz nəhəngi “Novatek”in idarəsində iştirak edir, Simanovski isə vaxtilə “Novatek”in direktorlar şurasının sədri olub.
Rusiyada “xüsusi vətənpərvər” qanunlara səs verən deputatların öz övladlarının Qərbdə — “düşmən” sayılan ölkələrdə rahat həyat sürdüyü faktı cəmiyyətdə ikili standartlara dair qəzəbi artırıb. 

Musavat.com

Избранный
60
50
musavat.com

10Источники