RU

Mingəçevirdə iki piyadanı maşın vurub, onlardan biri ölüb

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mingəçevirdə iki piyadanın vurulması və onlardan birinin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Təbriz küçəsində baş verən hadisə zamanı hərəkətdə olan "VAZ-2106" maraqlı minik avtomobili yolu keçən iki qadını vurub.

Hadisə nəticəsində 1968-ci il təvəllüdlü Firəngiz Əhmədova ölüb, 1956-cı il təvəllüdlü Zöhrə Vahid qızı İsmayılova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
67
5
apa.az

6Источники