LSEG gəmi izləmə məlumatlarına və sənaye mənbələrinə əsasən, Rusiyanın RussNeft şirkəti bu ay Gürcüstanın yeni tikilmiş Kulevi neft emalı zavoduna ilk xam neft yükünü çatdırıb.
Busaat.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Rusiya və Gürcüstan 2008-ci ildən, Moskvanın dəstəklədiyi Cənubi Osetiya və Abxaziya əraziləri üzərində qısamüddətli müharibə apardıqdan sonra rəsmi diplomatik münasibətlərə malik deyillər.
Bununla belə, hakim “Gürcü Arzusu” partiyasının dövründə Tiflis Rusiya ilə iqtisadi əlaqələri gücləndirib, Qərb ölkələri ilə münasibətlər isə kəskin şəkildə pisləşib.
LSEG və treyderin məlumatına görə, Kayseri tankeri oktyabrın 6-da Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Kulevi neft terminalına 105 340 metrik ton Sibir Light xam neft tədarük edib.
Gürcüstan ilk neft emalı zavodu ilə Rusiya, Türkiyə, Azərbaycan, Rumıniya və Qazaxıstandan yanacaq idxalından asılılığını azaltmağı hədəfləyir.
Yeganə