RU

Diqqət: AZAL-ın bu reysi I terminaldan qalxacaq

Oktyabrın 26-dan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Tbilisi–Bakı reysləri Heydər Əliyev Beynəlxalq Aeroportunun I terminalından həyata keçiriləcək.

XəzərNews.az AZAL-a istinadən xəbər verir ki, məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir.

"Qeyd olunan tarixdən etibarən sərnişinlərin uçuş və qeydiyyat üçün Terminal 1-ə yönəlməyi xahiş olunur",- deyə məlumatda bildirilir.

Xəbər 3 dəfə oxunub.
Избранный
10
11
xezernews.az

10Источники