Sağlam qidalanma və çəki nəzarətində karbohidratların azaldılması önəmli rol oynayır. Mütəxəssislərin fikrincə, karbohidratsız və ya az karbohidratlı səhər yeməkləri gün ərzində qan şəkərinin sabit qalmasına, enerji səviyyəsinin yüksəlməsinə və iştahın nəzarətdə saxlanmasına kömək edir.
Pravda.az bildirir ki, belə səhər yeməkləri adətən yumurta, pendir kimi zülal mənbələri, avokado və zeytun yağı kimi sağlam yağlarla zəngin olur. Eyni zamanda xiyar, kahı, ispanaq kimi az karbohidratlı tərəvəzlərə üstünlük verilir.
Məsələn, bir ədəd qaynadılmış yumurtada təxminən 0.56 qram karbohidrat, bir fincan şəkərsiz badam südündə isə 3.4 qram karbohidrat var. Bu cür məhsullar həm toxluq hissini artırır, həm də karbohidrat qəbulunu məhdudlaşdıraraq arıqlamağa və sağlam qalmağa dəstək olur.
Uşaqlardan tutmuş böyüklərə qədər hər kəs üçün uyğun olan bu tip səhər yeməkləri, xüsusilə diabet xəstələri və arıqlamaq istəyənlər üçün tövsiyə olunur.
Əminə Bayramova