RU

Netanyahudan təəccüblü iddia – “Bayden məni silahla təhdid etdi”...


İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın keçmiş prezidenti Baydenin müharibənin ilk həftələrində İsraili hədələdiyini iddia edib

Knessetdə çıxış edən Netanyahu Baydenin ona "Sənə, İsrail dövlətinə sanksiya embarqo tətbiq edəcəyəm. Tək qalacaqsan, silahın olmayacaq" dediyini bildirib.

Qəzzada elan edilən atəşkəsə baxmayaraq, Netanyahu HƏMAS tamamilə məhv edilənə qədər müharibənin bütün hədəflərinə çatmaqda qərarlı olduqlarını bildirib.

"Atəşkəs HƏMAS-ın bizə təhlükə yaratması üçün lisenziya deyil. Bizə qarşı təcavüzün çox ağır bədəli olacaq" - deyə Netanyahu təhdid edib.

Bir neçə gün əvvəl HƏMAS-ın atəşkəsi pozduğunu iddia edən Netanyahu, atəşkəs zamanı iki əsgərin öldüyünü bildirib: “HƏMAS yumşaldığımızı dərhal hiss etdi. 153 ton bomba ilə Qəzza zolağının hər yerində onlarla hədəfi vurduq".

TAHİR

Избранный
79
baki-xeber.com

1Источники