RU

Naxçıvanda sahibkarlığa maliyyə dəstəyi 4 dəfədən çox artıb

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu 2025-ci ilin yanvar–sentyabr ayları ərzində sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin maliyyələşdirilməsi üzrə fəaliyyətini davam etdirib.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, Fond tərəfindən 114 layihənin maliyyələşdirilməsinə 11,6 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 milyon manat və ya 4,2 dəfə çoxdur. Layihələrin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə artıb. Maliyyələşdirilən kreditlər hesabına 298 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bununla yanaşı Fond tərəfindən kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Belə ki, Fonda öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 1 oktyabr 2024-cü il tarixinə 5,6 milyon manatdan 2025-ci il 1 oktyabr tarixinə 2,7 milyon manat və ya 1,9 dəfə azalaraq 2,9 milyon manata endirilib. Fond tərəfindən maliyyələşdirilən güzəştli kreditlərin 7,7 milyon manatının geri qaytarılması təmin edilib.

Избранный
44
1
vergiler.az

2Источники