RU

Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar

Astana.Trend:

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-JomartTokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzindəolublar.

Trend xəbərverir ki, dövlətimizin başçısına bu il yaradılan Mərkəz barədəməlumat verildi.

Qeyd olundu ki, Mərkəzin yaradılmasında məqsəd Qazaxıstandaictimai və iqtisadi həyatın bütün sahələrində innovasiyaları vəsüni intellekt texnologiyalarının inkişafını təmin etməkdir.Mərkəzdə fəaliyyət göstərən “İctimai məkan” hər il buraya 10 ministedadlı insanın cəlb edilməsini nəzərdə tutur. Burada süniintellekt sahəsində ən son nailiyyətlərə həsr olunmuş forumlar,mütəxəssislərin görüşləri və açıq mühazirələrin keçirilməsi,həmçinin süni intellekt üzrə vakansiya yarmarkaları, hakatonlar vəstartap müsabiqələrinin təşkili planlaşdırılır. Mərkəzdəproqramlaşdırma üzrə ilkin bacarıqlar tələb etmədən süni intellektsahəsində pulsuz təhsil almaq üçün unikal imkan verən “TomorrowSchool” və startapların sürətləndirilməsi məqsədi daşıyan süniintellekt kampusu fəaliyyət göstərir. Qabaqcıl texnologiyalarıninkişafı və davamlı sahibkarlıq ekosisteminin formalaşdırılmasıyolu ilə hər il 100 yeni süni intellekt startapının fəaliyyətəbaşlaması planlaşdırılır.

Burada təşkil edilən tədqiqat laboratoriyalarının əsas məqsədiisə süni intellekt sahəsində elmi tədqiqatların inkişafı vədəstəklənməsi, innovasiyaların təşviqi və qabaqcıl texnologiyalarınyaradılmasıdır. Laboratoriyalarda hər il 10 elmi tədqiqatlayihəsinin həyata keçirilməsi planlaşdırılır.

Избранный
92
49
az.trend.az

10Источники