Bakı. Trend:
Tehran şəhərində Azərbaycan və İran arasında mobil rabitəşəbəkələrinin koordinasiyası üzrə görüş keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) Trend-ə verilən məlumatagörə, görüşdə RİNN, İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyi, Dövlət Radiotezliklər İdarəsi və mobil rabitəoperatorlarının mütəxəssisləri iştirak ediblər.
Bildirilib ki, görüşdə Azərbaycan və İranın sərhədyanıərazilərində mövcud və perspektivdə olan mobil rabitə şəbəkələrinintənzimlənməsi məsələləri geniş müzakirə edilib, zəruri texnikirazılaşmalar əldə olunub.
Həmçinin TV və FM radio yayımları, 700/800 MHs zolaqlarınboşaldılması üzrə 10-12 iyun 2025-ci il tarixində Bakı şəhərindəəldə olunan razılaşmalar çərçivəsində görülən işlər müzakirəedilib.
Qeyd olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi qəraraalınıb.