RU

Vətən müharibəsi şəhidi Elkiyar Məmmədovun ailəsi ziyarət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov Vətən müharibəsi şəhidi Elkiyar Məmmədovun Sabunçu rayonunda yaşayan ailəsini ziyarət edib, onun övladları Abdulla, Damla və Duyğu ilə görüşüb.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Herbiand.az-a verilən məlumata görə, şəhidin ailəsi sosial dəstək tədbirləri ilə əhatə olunub, nazirlik tərəfindən üçotaqlı tam təmirli mənzillə təmin olunub, ailəyə sosial ödənişlər təyin edilib.

Görüş zamanı şəhidin müharibə zamanı göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub. Elkiyar Məmmədovun əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb. Ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı qeyd olunub.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elkiyar Məmmədov Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü” medalları ilə təltif olunub.



Избранный
75
herbiand.az

1Источники