RU

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub

Astana. Trend:

Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin və Qazaxıstan Respublikasının PrezidentiKasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstansənədlərinin mübadiləsi mərasimi olub.

Trend xəbər verir ki, əvvəlcəPrezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev “AzərbaycanRespublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və QazaxıstanRespublikasının Prezidenti Kasım-Jomart Kemeleviç TokayevinAzərbaycan Respublikası və Qazaxıstan Respublikası arasındastrateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqındamüqavilənin imzalanmasının 20 illiyi münasibətilə BirgəBəyanatı”nı, “Azərbaycan Respublikasının və QazaxıstanRespublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasınınikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair 1saylı Qərarı” və “Azərbaycan Respublikasının və QazaxıstanRespublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasınınAzərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Xariciİşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə2 saylı Qərarı” imzaladılar.

Sonra Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu.

Избранный
67
49
az.trend.az

10Источники