ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Azərbaycanın Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib.Reyting.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamda deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:1.1. Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.