Abşeronda iki divarın arasında çarəsiz vəziyyətdə qalan at vətəndaşlar tərəfindən xilas edilib.
Day.Az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə çəkilib. Videodan aydın olur ki, çarəsiz vəziyyətdə qalan at, hasar uçurulduqdan sonra xilas olunub.
Bildirilir ki, at Saray qəsəbəsində yaşayan sakinlərdən birinə məxsusdur.
Vətəndaşların bu addımı sosial şəbəkə izləyiciləri tərəfindən təqdir olunub.