“Şimali Kipr Türk Cümhuriyyətində keçirilmiş seçkinin nəticələri çox az iştirakla baş tutub, Kipr türklərinin taleyi bu qədər az iştirakla təmsil edilə bilməz”.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
“Seçkilərin nəticələri Seçki Komissiyası tərəfindən elan edilsə belə, Şimali Kipr Türk Respublikası Cümhuriyyəti təcili toplanmalı, seçki nəticələrini və federasiyaya qayıdışın (Şimali Kipr və Cənubi Kiprin birləşməsi prosesi – red.) qəbul edilməyəcəyini bəyan etməli və Türkiyə Cümhuriyyətinə birləşmək barədə qərar qəbul etməlidir”, - MHP lideri bildirib.
 
                        