RU

Sabah ın legioneri: Zirə ilə oyunda qələbəyə tam layiq idik

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Çox yaxş oyun keçdi". Bu sözləri Sport24.az-a "Sabah"ın futbolçusu Velko Simiç deyib.30 yaşlı vinger "Zirə"ni üç cavabsız qolla məğlub etdikləri Misli Premyer Liqasının VIII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: "Düşünürəm ki, ilk dəqiqədən yüksək səviyyədə və intensiv oynadıq. Qələbəni tam şəkildə haqq etdik".Serbiyalı oyunçu sözügedən qarşılaşmada iki qol vurduğu üçün xoşbəxt olduğunu söyləyib:"Fərqlənmək və komandaya qələbə qazandırmaq həmişə xoş hissdir. Buna görə çox xoşbəxtəm. Lakin əsas olan komandanın qalib gəlməsi idi. Buna görə isə çox şadam".Qeyd edək ki, "Sabah" IX turda "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
88
sport24.az

1Источники