RU

Mirzoyan Lüksemburqda Estoniya XİN rəhbəri ilə regional məsələləi müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda estoniyalı həmkarı Marqus Tsaxna ilə görüşüb.

Missiya.Az xəbər verir ki, o bu barədə özünün “X” sosial media hesabında paylaşım edib.

"Mən Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə dialoqu davam etdirməkdən həmişə şadam, istər ikitərəfli gündəmdə, istər Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq məsələləri, istərsə də müasir çağırışların həllinə yönəlmiş səylər. Bu dəfə Aİ xarici işlər nazirlərinin görüşü çərçivəsində regional hadisələr və kommunikasiya şəbəkəsinin genişləndirilməsi üçün yeni imkanlar barədə fikir mübadiləsi apardıq", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
45
1
missiya.az

1Источники