RU

Baydenin real sağlamlıq durumu açıqlanıb

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-nin sabiq prezidenti Co Baydenə may ayında metastatik prostat xərçəngi diaqnozu qoyulduqdan sonra başladığı radiasiya müalicəsini tamamlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Baydenin ofisindən verilən açıqlamada, müalicə prosesinin bir neçə həftə davam etdiyi bildirilib.

Məlumatda 82 yaşlı sabiq prezidentin “radiasiya və hormon müalicəsi” aldığını və bu prosesin təxminən beş həftə sürdüyünü deyib. Baydenin əlavə müalicəyə ehtiyac duyub-duymayacağı isə hələlik məlum deyil.

ABŞ-nin keçmiş prezidenti Co Baydenin qızı Eşli Bayden atasının müalicə aldığı Pensilvaniya Universiteti Xəstəxanasında xərçəng müalicəsini tamamlayan xəstələrin simvolik olaraq “zəngi çalması” anını “Instagram” hesabında paylaşıb.

Xatırladaq ki, Bayden ötən ay dəri xərçəngi üçün “Mohs cərrahiyyəsi” adlanan və dəridəki bədxassəli toxumaların qat-qat çıxarılaraq təmizləndiyi üsulla müalicə olunmuşdu. Həmin dövrdə Bayden ictimaiyyət qarşısına alnında sarğı ilə çıxmışdı.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
90
1
cebheinfo.az

2Источники