RU

AMEA nın yubileyinə 21 ölkədən nümayəndə qatılacaq

Missiya.az saytından alınan məlumata görə, ain.az bildirir.

AMEA-nın 80 illik yubileyinə həsr olunmuş və noyabrın 4-də keçirilməsi yekun yubiley tədbirinə 21 ölkənin akademiyasından 42 nümayəndə qatılacaq.

Missiya.Az xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qurumun Rəyasət Heyətinin növbəti iclasında deyib.

Onun sözlərinə görə, həmin günlərdə qonaqların da iştirakı ilə Akademiya Muzeyi açılacaq: "Həmçinin AMEA-nın Nadir Ağaclar Parkında ağacəkmə aksiyası, eləcə də "Yanardağ" Qoruğuna gəzinti təşkil olunacaq".

İ.Həbibbəyli bildirib ki, noyabrın 5-də Türk dünyasının elmlər akademiyalarının iştirakı ilə görüş keçiriləcək və Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı təklif və tövsiyələr hazırlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
2
missiya.az

3Источники