Bakı. Trend:
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücülərininimtahanının məzmunu ilə bağlı ciddi dəyişiklik nəzərdətutulmur.
Bu bardə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahanmərkəzindən məlumat verilib.
Bildirilib ki, xüsusi hazırlıq keçmiş taksi minik avtomobilisürücüləri üçün bu hazırlığın nəticələrinin qiymətləndirilməsi iləbağlı təşkil olunan imtahanın məzmunu sözügedən hazırlığınproqramına uyğun olaraq tərtib olunur.
"Xüsusi hazırlığın keçirilmə qaydası, proqramı və müddətiAzərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyitərəfindən müəyyən edilib. Hazırda imtahanın məzmunu ilə bağlıciddi dəyişiklik nəzərdə tutulmur.
Müvafiq qurumlar tərəfindən xüsusi hazırlığı başa vurmuşşəxslərin məlumatları mütəmadi olaraq Dövlət İmtahan Mərkəzinətəqdim olunur. Dövlət İmtahan Mərkəzi tərəfindən isə həminşəxslərin mümkün olan ən yaxın zamanda imtahana cəlb edilməsi təminedilir",- deyə DİM-dən əlavə edilib.
Qeyd edək ki, taksi minik avtomobilləri ilə sərnişin daşımalarıüçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilib.Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Sənədəəsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minikavtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrinəlavələrinin say həddi 25 min müəyyən edilib.