ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya qarşı son hücumlarda 153 ton bombadan istifadə edildiyini etiraf edib.
Bakıvaxtı.az xəbər verir ki, o, parlamentdə çıxışı zamanı atəşkəs rejiminə baxmayaraq hücumların həyata keçirildiyini bildirib.
Netanyahu HƏMAS-ın atəşkəsi pozduğunu iddia edərək “sərt cavab” əmri verdiyini açıqlayıb. Hücumlar nəticəsində Qəzzada azı 44 fələstinli həlak olub.
İsrail ordusu əməliyyatlardan sonra atəşkəs rejiminin bərpa olunduğunu elan edib.
Əli Hüseynov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
 
                        