BAKI, 21 oktyabr. TELEQRAF
ABŞ-nin sabiq prezidenti Cо Bayden prostat xərçənginin müalicəsi üçün şüa terapiyası kursunu Filadelfiyadakı onkologiya mərkəzində başa çatdırıb.
Teleqraf xəbər verir ki, bu barədə onun nümayəndəsi Kelli Skalli məlumat verib.
Qeyd olunur ki, şüa terapiyasının başa çatdırılması bütün müalicənin bitdiyi anlamına gəlmir. Hələlik Baydenə əlavə terapiya lazım olub-olmayacağı bəlli deyil.