RU

Yatmazdan əvvəl şokolad yemək yuxunu poza bilər

News24 saytına istinadən ain.az xəbər verir.

Gecə saatlarında şokolad yemək yuxuya getməyi çətinləşdirir.

News24.az-ın məlumatına görə, şokoladın tərkibində əsəb sistemini oyadan maddələr var. Bu maddələr ürək döyüntüsünü sürətləndirir və beyni oyaq saxlayır.

Qara şokoladda bu maddələrin miqdarı daha yüksəkdir və az miqdarda belə qəbul edildikdə yuxu rejimini poza bilər. Sütlü şokolad daha az təsirli görünür, lakin yüksək şəkər tərkibi qan şəkərini dəyişdirir və gecə tez-tez oyanmaya səbəb ola bilər.

Mütəxəssislər yatmazdan ən azı dörd saat əvvəl şokolad yeməməyi tövsiyə edirlər. Şirniyyat istəyi olduqda şokoladı meyvə və ya qatıq kimi məhsullarla birlikdə qəbul etmək daha uyğundur.

Alimlər qeyd edirlər ki, kakaonun ürək və qan təzyiqinə faydaları var, lakin onun vaxtında və az miqdarda qəbul edilməsi vacibdir.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
87
1
news24.az

2Источники