RU

İtaliya da ABŞ-dan Ukrayna üçün silah alacaq

İtaliya PURL(Ukraynaya silah alınması –red.) mexanizmi çərçivəsində Ukrayna üçün ABŞ silahlarının alınmasında iştirak etməyə hazır olduğunu bildirib.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg agentliyi yayıb. Adı açıqlanmayan mənbələrə görə, İtaliyanın müdafiə naziri Guido Crosetto keçən həftə NATO müdafiə nazirlərinin görüşü zamanı PURL-də iştirak etməyi təklif edib.

Bloomberg-in məlumatına görə, İtaliya əvvəlcə Ukraynanın silah əldə etmək üçün digər kanallarına istinad edərək PURL-də iştiraka qarşı çıxıb.

 

Musavat.com

Избранный
75
musavat.com

1Источники