RU

Almaniyada 35 ildən sonra ilk

Almaniya Federal Fəlakət və Vətəndaş Müdafiə İdarəsi vətəndaşlara on günlük qida və su ehtiyatı toplamağı tövsiyə edib.

News24.az xəbər verir ki, bu xəbər 35 ildən sonra ilk dəfə savaş riskinin gerçək olduğunu göstərir. İdarə bildirib ki, Rusiyanın hücum siyasətləri Avropada təhlükəsizlik narahatlığını artırıb.

Dörd nəfərlik ailə üçün on günlük ehtiyatın dəyəri təxminən 12–15 min manat olaraq qiymətləndirilir. Vətəndaşlara həmçinin əl ilə və ya günəş enerjisi ilə işləyən fənər, bateriyalı radio və kiçik soba hazırlamaq tövsiyə olunur.

İdarə başçısı qeyd edib ki, hər kəs imkanına görə hazırlıq görməlidir.

Almanların təxminən yarısı hələ heç bir hazırlıq görməyib.

Eyni zamanda Almaniya Daxili Kəşfiyyat Xidməti də xəbərdarlıq edib:

“Artıq hədəftəyik", - deyə xəbərdarlıqda bildirilib. 

Məlumatda qeyd edilib ki, Fransa, Almaniya və Polşa ordularını gücləndirir, Almaniyada isə yenidən məcburi hərbi xidmət mövzusu müzakirə olunur.

Xeyrənsə Piriyeva

Избранный
200
25
news24.az

10Источники