Ayı hücumu zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən zərərçəkən hadisənin qəfil baş verdiyini deyib:
"Ayını görəndə döndüm ki, qaçım, amma ayağım daşa ilişdi deyə yıxıldım. Bu zaman ayı üstümə atıldı. Can şirindir, başladıq boğuşmağa. Ayı ilə boğuşma təqribən 50 saniyə çəkdi. Məndən aralanıb oğluma tərəf yönəlsə də, onun üstünə atılmadı, çıxıb getdi".
Zərərçəkənin oğlu isə bildirib ki, vəhşi heyvanın onlara necə yaxınlaşıdığını hiss etməyiblər:
"Meşəyə zirinc yığmağa getmişdik. Gördüm üst tərəfdən itlər gəlir. Sən demə, ayı da onların arxasınca gəlirmiş. Səs eşitdikdən sonra kolların arasından qonur bir canlının keçdiyini gördüm. Atam məndən 50 metr aşağıda idi. Dedim ki, sənə tərəf nə isə gəlir - qabandır, atdır, bilmirəm nədir. Bunun ayı ola biləcəyi ağlıma gəlmirdi".
Zərərçəkənin yerləşdirildiyi xəstəxananın həkimi Amin İsmayılov onun vəziyyətinin yaxşı olduğunu deyib:
"Xəstənin gövdə nahiyəsində, hər iki aşağı və yuxarı ətraflarında, əl biləklərində deşilmiş, cırılmış yaralar var. İlkin tibbi yardım göstərilib, stasionar müalicəsinə başlanılıb. Vəziyyəti qənaətbəxşdir".
8Источники
-
demokrat.azAyı hücumuna məruz qalan şəxs: Can şirindir, başladıq boğuşmağa VİDEO ( 22595131)
-
demokrat.azAyı hücumuna məruz qalan şəxs: "Can şirindir, başladıq boğuşmağa" — VİDEO ( 22595077)
-
tribunainfo.azAyı hücumuna məruz qalan şəxs: “Can şirindir, başladıq boğuşmağa” – VİDEO ( 22590715)
-
senzor.azNaxçıvanda ayı hücumuna məruz qalan şəxs:“CAN ŞİRİNDİR, BAŞLADIQ BOĞUŞMAĞA” ( 22586599)
-
pravda.azAyı hücumuna məruz qalan şəxs: "Can şirindir, başladıq boğuşmağa" - VİDEO ( 22583437)
-
publika.azAyı hücumuna məruz qalan şəxs: Can şirindir, başladıq boğuşmağa ( 22577389)
-
far.azAyı hücumuna məruz qalan şəxs: Can şirindir, başladıq boğuşmağa ( 22575937)
-
azpolitika.info“Can şirindir, başladıq boğuşmağa” Ayı hücumuna məruz qalan şəxs ( 22575625)