Demokrat.az APA-ya istinadla xəbər verir ki, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, faktın araşdırılması məqsədilə komitənin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən yerli icra hakimiyyətinin, rayon polis şöbəsinin və Yolçubəyli KİƏD nümayəndəsinin iştirakı ilə hər iki ailəyə səfərlər təşkil edilib.
"Zəhra Salmanlının ailəsinə səfər zamanı qız atası Qənimət Salmanov 15.10.2025-ci il tarixində qız toyu mərasiminin keçirildiyini bildirib. Orxan Mehbalıyevin ailəsinə səfər zamanı oğlan anası Şairə Mehbalıyeva oğlan toyunun Zəhra Salmanlının 18 yaşı tamam olduqdan sonra keçiriləcəyini bildirib. Səfərlər zamanı hər iki ailəyə 24 iyun 2024-cü il tarixində qəbul edilən və 01 iyul 2025-ci il tarixində qüvvəyə minən Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə bağlı ətraflı məlumat verilib.
10Источники
-
demokrat.azSabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb ( 22592146)
-
missiya.azSabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb ( 22591948)
-
konkret.azSabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb ( 22591045)
-
baki-xeber.comSabirabadda erkən nikahla bağlı araşdırma başlandı ( 22590616)
-
azpost.infoSabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb ( 22588711)
-
news365.azSabirabadda erkən nikahla bağlı araşdırma başladı ( 22588615)
-
1news.azSabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb ( 22587931)
-
sherg.azSabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb ( 22587922)
-
azedu.azSabirabadda erkən nikahla bağlı araşdırma başlayıb ( 22587880)
-
Ajans.az17 yaşlı qızın erkən evliliyə cəlb edilməsi ilə bağlı araşdırma aparılır ( 22587865)