RU

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ





Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 21-də güclü külək əsəcək.

Newscenter.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq verib.

Xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında, Qazax, Tovuz, Ağstafa, Gəncə, Şəmkir, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Salyan, Neftçala, Hacıqabul, Mingəçevir, Şirvanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Mehman Mehdiyev
Избранный
29
20
newscenter.az

10Источники