BAKI, 20 oktyabr. TELEQRAF
İtaliyanın "Yuventus" klubu baş məşqçi İqor Tudorla yollarını ayıra bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
Buna səbəb Turin təmsilçisinin direktoru Damyen Komolli ilə xorvatiyalı mütəxəssisin mübahisə etməsidir. İnsident "qoca sinyora"nın A Seriyasının VIII turunda səfərdə "Komo"ya 0:2 hesabı ilə məğlub olduğu oyundan əvvəl olub.
Mənbənin məlumatına görə, Komolli Tudordan komandanı oyuna 4 müdafiəçi ilə çıxarmasını tələb edib.
Tudor üçün qarşıdakı iki oyun həlledici olacaq. Oktyabrın 22-də "Yuventus" Çempionlar Liqasında "Real Madrid"lə, oktyabrın 26-da isə A Seriyasında "Latsio" ilə qarşılaşacaq.
Qeyd edək ki, İqor Tudor martdan "Yuventus"u çalışdırır.
 
                        