Sea Breeze

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 64/267 nömrəli qətnaməsinə əsasən 2015-ci il oktyabrın 20-si “Daha təkmil statistika daha yaxşı həyat” şüarı altında Ümumdünya Statistika Günü elan edilmişdir. Məqsəd statistikanın dövlət idarəçiliyində, sosial-iqtisadi inkişafda, eləcə də beynəlxalq əməkdaşlıqda oynadığı mühüm rolu ictimaiyyətə daha geniş tanıtmaqdır. Qətnamə və BMT-nin Baş Katibi cənab Pan Gi Munun dünya ölkələrinin başçılarına, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti nəzərə alınaraq “Ümumdünya Statistika Günü”nun qeyd olunması ilə bağlı Azərbaycanda silsilə tədbirlər həyata keçirilir.

Belə tədbirlərin davamı olaraq Neftçala Rayon İcra Hakimiyyətinin və Neftçala Rayon Statistika idarəsinin birgə təşkilatçılığı ilə Neftçala rayonunda Ümumdünya Statistika Günü qeyd olunub.

Təbirdən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilmiş, qarşısına gül dəstələri qoyulmuşdur. Tədbir açıq elan edilməzdən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev, tədbiri giriş sözü ilə açaraq Azərbaycanda müasir statistika sisteminin formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasını, məhz onun rəhbərliyi ilə qəbul edilmiş “Statistika haqqında” Qanunun bu sahənin hüquqi bazasının möhkəmləndirilməsinə, idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılmasına mühüm töhfə verdiyini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır. Ölkəmizdə statistika fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqi, şəffaflıq və operativlik prinsipləri əsasında inkişaf edirilməsi ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə mühüm töhfə verir.

Neftçala Rayon Statistika idarəsinin rəisi Şahin Mənəfov çıxış edərək, müasir dövrdə statistikanın etibarlı statistik məlumatlar hazırlamaqla cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün əhəmiyyətli dərəcədə mühüm vasitələrdən birinə çevrilməsi barədə ətraflı şəkildə məlumat verdi. Mövzu ətrafında çıxış edən digər natiqlər, statistik hesabatların əsaslandırılmış qərarların qəbulunda və cəmiyyətin dayanıqlı inkişafında mühüm əhəmiyyətindən söz açaraq ətraflı məlumat verdilər.

Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX