RU

Azərbaycanda qablaşdırma üzrə yeni dövlət standartları qəbul edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olanAzərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindənqablaşdırmaya dair 12 yeni dövlət standartı qəbul edilib.

Bu barədə Trend AZSTAND-a istinadən xəbər verir.

Bildirilib ki, yeni standartların tətbiqi qablaşdırmatullantılarının zərərli təsirlərinin qarşısının alınması, ocümlədən təkrar istifadəsi və bərpasına şərait yaradacaq, ekolojitarazlığın təmin edilməsinə töhfə verəcək.

Qablaşdırmaya dair qəbul edilmiş yeni dövlət standartlarınıtəqdim edirik:

1. AZS EN 13193:2025 “Qablaşdırma - Qablaşdırma və ətraf mühit -Terminologiya”;
2. AZS EN 13427:2025 “Qablaşdırma - Qablaşdırma və qablaşdırmatullantıları sahəsində Avropa Standartlarının tətbiqinə dairtələblər”;
3. AZS EN 13428:2025 “Qablaşdırma - İstehsal və tərkiblə bağlıxüsusi tələblər - Mənbələrin azaldılması yolu ilə qabaqlayıcıtədbirlər”;
4. AZS EN 13431:2025 “Qablaşdırma – Enerjinin bərpası məqsədiləbərpa oluna bilən qablaşdırmaya dair tələblər, o cümlədən minimalistilik törətmə qabiliyyətinin müəyyən edilməsi”;
5. AZS EN 13432:2025 “Qablaşdırma - Kompost hazırlanması vəbiodeqradasiya yolu ilə bərpa oluna bilən qablaşdırmaya dairtələblər – Qablaşdırmanın yekun məqbulluğu üçün sınaq sxemi vəqiymətləndirmə meyarları”;
6. AZS EN 13437:2025 “Qablaşdırma və materialın təkrar emalı -Təkrar emal üsullarına dair meyarlar - Təkrar emal proseslərinintəsviri və blok-sxemi”;
7. AZS EN 13439:2025 “Qablaşdırma - Enerjnin bərpa olunma dərəcəsi- Tərif və hesablama üsulu”;
8. AZS EN 13440:2025 “Qablaşdırma - Təkrar emal dərəcəsi - Tərif vəhesablama üsulu”;
9. AZS EN 14045:2025 “Qablaşdırma - Verilmiş kompostlamaşərtlərində qablaşdırma materiallarının praktikada tətbiq edilməsimümkün olan sınaqlar çərçivəsində parçalanmasınınqiymətləndirilməsi”;
10. AZS EN 14046:2025 “Qablaşdırma - Nəzarət edilən kompostlamaşərtlərində qablaşdırma materiallarının son aerob biodeqradasiyaqabiliyyətinin və parçalanmasının qiymətləndirilməsi - Ayrılankarbon qazının analizinə əsaslanan metod”;
11. AZS EN 14047:2025 “Qablaşdırma - Sulu mühitdə qablaşdırmamateriallarının son aerob biodeqradasiya qabiliyyətinin müəyyənedilməsi - Formalaşan karbon qazının analizinə əsaslananmetod”;
12. AZS EN 14048:2025 “Qablaşdırma - Sulu mühitdə qablaşdırmamateriallarının son aerob biodeqradasiya qabiliyyətinin müəyyənedilməsi - Qapalı respirometrdə oksigen tələbatının ölçülməsinəəsaslanan metod”.

Vurğulanıb ki, bu standartların tətbiqində əsas məqsəd təkraristifadə oluna bilən qablaşdırmaların ətraf mühitə zərərlitəsirlərinin minimuma endirilməsi, o cümlədən material dövriyyəsinəyenidən inteqrasiya oluna bilən qablaşdırma miqdarını artırmaqlatullantı poliqon sahələrinin azaldılmasına nail olmaqdır.

Qeyd edək ki, yeni dövlət standartları “Ekologiya”standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) qəbuledilib, AZSTAND tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrənormativ sənədlərin Dövlət Fonduna daxil edilib.

"Yeni dövlət standartları Azərbaycan Respublikası Prezidentinin23 yanvar 2023-cü il tarixli 3721 saylı Sərəncamı ilə təsdiq edilən“Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərəuyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün DövlətProqramı”nın 8.2.2-ci bəndinin icra edilməsi məqsədilə AvropaParlamenti və Şurasının 20 dekabr 1994-cü il tarixli 94/62/EC saylı“Qablaşdırma və Qablaşdırma Tullantıları haqqında” Direktivininistinad standartlarının tərcüməsi əsasında işlənib hazırlanıb", -deyə məlumatda vurğulanıb.

Избранный
27
16
az.trend.az

10Источники