RU

İraqın ən böyük qaz yatağında hasilat 50% artırılacaq

BAKI, 20 oktyabr. TELEQRAF

İraqın ən böyük qaz yatağı - “Xor Mor”da hasilatın 50% artırılaraq gündəlik 750 milyon standart kubfut (MMscf/d) səviyyəsinə çatdırılması planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu artım yatağın əsas tərəfdaşları “Crescent Petroleum” və “Dana Gas” şirkətləri tərəfindən həyata keçirilən KM250 layihəsinin planlaşdırılandan səkkiz ay əvvəl tamamlanması sayəsində mümkün olub.

Layihə çərçivəsində gündəlik 7 min barel kondensat və 460 ton mayeləşdirilmiş qaz (LPG) istehsal ediləcək. Bu göstəricilər mövcud 15,200 barel kondensat və 1,070 ton LPG hasilatına əlavə olacaq.

Qeyd edək ki, dəyəri 1,1 milyard dollar olan layihə “Nordic Alternative Bond Market” birjasında qeydiyyata alınıb və ABŞ İnkişaf Maliyyə Korporasiyası (DFC), “Bank of Sharjah” və “Pearl Petroleum” şirkətinin 350 milyon dollarlıq təminatlı istiqrazları hesabına maliyyələşdirilib.

“Crescent Petroleum” və “Dana Gas” şirkətləri Xor Mor qaz yatağında 35% paya malikdirlər.

Избранный
90
teleqraf.com

1Источники