RU

Beş boksçumuz 1/4 finala yüksəldi

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Daha beş boksçumuz Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb."Football-plus.az" xəbər verir ki, Babək Abdullayev (40 kq) 1/8 finalda Unai Lopes Kasalı (İspaniya) 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında Etan Munronu (Şotlandiya) sınağa çəkəcək.Onur Qurbanov (42 kq) Mikolaj Rondosdan (Polşa) güclü olub – 4:1 (30:27, 30:27, 30:27, 28:29, 30:27). Boksçumuz 1/4 finalda Arkan Zoubi (İsrail) ilə gücünü yoxlayacaq.Vaqif Məhəmmədli (44 kq) də rinqdən qalib ayrılıb. O, Kristian Varadi (Macarıstan) ilə döyüşü aktivinə yazıb. Təmsilçimiz 1/4 finalda Tomas Katanaçla (İngiltərə) münasibətinə aydınlıq gətirəcək.Elcan Musazadə (50 kq) Avropa çempionatında ikinci qələbəsini rəsmiləşdirib. Milli üzvü bu dəfə Vladimir Xvistanidən (Gürcüstan) güclü olub – 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27). O, yarımfinala gedən yolda Tobais Viçeniklə (Çexiya) üz-üzə gələcək.Amid Ələkbərov (60 kq) isə vaxtından əvvəl görüşü xeyrinə bitirib. Boksçumuz Maksim Stetsə (Estoniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Ələkbərov 1/4 finalda İsmayıl İsmayılovla (Ukrayna) qüvvəsini sınayacaq.Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
19
icma.az

10Источники