RU

Aİ-yə yeni üzvlər səsvermə hüququ olmadan qəbul edilə bilər

Politico: Ukrayna və digər namizəd ölkələr üçün “məhdud üzvlük” modeli müzakirə olunur...

Poliqon xəbər verir ki, Avropa İttifaqına yeni üzvlərin tam səsvermə hüququ olmadan qəbul edilməsi təklifi Brüsseldə müzakirə olunur. Politico nəşrinin məlumatına görə, bu ideya Aİ-nin genişlənmə prosesini sürətləndirmək və xüsusilə Ukrayna, Moldova və Monteneqro kimi namizəd ölkələrin blokla inteqrasiyasını tezləşdirmək məqsədi daşıyır.

Avropa diplomatlarının və Aİ rəsmilərinin bildirdiyinə görə, təşəbbüs hazırda ilkin mərhələdədir və qüvvəyə minməsi üçün bütün üzv dövlətlərin razılığı tələb olunur. Yeni mexanizmə əsasən, bu ölkələr Aİ-nin bir sıra iqtisadi, sosial və hüquqi üstünlüklərindən yararlana biləcək, lakin qərar qəbuletmə prosesində – xüsusilə də veto hüququnda – məhdudiyyətlərlə üzləşəcəklər.

İdeyanın məqsədi Aİ-nin qərarvermə sistemində vetoların sayını azaltmaq və genişlənməni tormozlayan institusional baryerləri aradan qaldırmaqdır. Plan reallaşarsa, yeni üzvlər yalnız İttifaqın idarəetmə və səsvermə mexanizmləri tam şəkildə islah olunduqdan sonra tamhüquqlu status əldə edəcəklər.

Ekspertlər hesab edirlər ki, bu model Ukrayna kimi ölkələrin Avropa İttifaqına sürətli siyasi inteqrasiyasına imkan yaratsa da, onların tamhüquqlu iştirakını gecikdirəcək. Avropa diplomatik dairələrində bu yanaşma həm də “addım-addım üzvlük” və ya “keçid dövrü inteqrasiya” kimi təqdim olunur.

Poliqon.info

Избранный
141
poliqon.info

1Источники