RU

Ərdoğan Küveyt, Qətər və Omana rəsmi səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 21-23 tarixlərində Küveyt, Qətər və Omana rəsmi səfərlər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə prezidentin kommunikasiyalar direktoru Burhanəddin Duran məlumat verib.

O bildirib ki, səfərlər həmkarlarının dəvətinə cavab olaraq həyata keçirilir və məqsəd ikitərəfli münasibətlərin bütün aspektlərinin nəzərdən keçirilməsi və mövcud əməkdaşlığın gücləndirilməsidir.

Görüşlərdə beynəlxalq məsələlər, xüsusilə regional hadisələrlə bağlı məsləhətləşmələr aparılması gözlənilir. Eyni zamanda, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün müxtəlif sazişlərin imzalanması planlaşdırılır.

Избранный
53
operativmm.az

1Источники