Ukrayna Rusiyanı məğlub edə bilməyəcək, çünki Qərb ona lazımi resursları verməyib və müharibəyə girmək niyyətində deyil...
Poliqon xəbər verir ki, bunu Britaniya ordusunun feldmarşalı lord Devid Riçards The Independent-in World of Trouble podkastında deyib.
"Biz Ukraynanı döyüşməyə təşviq etdik, lakin ona qalib gəlmək üçün imkan vermədik", deyə Riçards bildirib.
Aparıcı Ukraynanın lazımi resurslarla belə qalib gələ biləcəyini soruşduqda, o, qısa cavab verib: "Xeyr. Onların işçi qüvvəsi yoxdur".
Bundan əvvəl Britaniya ordusunda ən yüksək rütbəyə yüksələn Lord Riçards Rusiyaya qarşı müharibənin Qərb üçün "ekzistensial məsələ" olmadığını vurğulayıb: "Biz onlarla müharibə etməsək, Ukraynanın perspektivləri o qədər də yaxşı deyil. Ancaq biz etməyəcəyik. Yeri gəlmişkən, ruslar bunu çox yaxşı başa düşürlər".
Poliqon.info