Beynəlxalq fond bazarlarında son ticarət günü müsbət dinamika müşahidə olunub.
“Sarı metal” yenidən alovlanır - SON QİYMƏT
FED.az xəbər verir ki, günün ən diqqətçəkən artımı Apple səhmlərində qeydə alınıb, şirkətin səhminin dəyəri 1,96% artaraq 252,29 dollar səviyyəsinə çatıb. Tesla səhmləri də 2,46%-lik artımla diqqət çəkib.
Visa və Berkshire Hathaway kimi daha sabit sektor təmsilçiləri də 1,9% və 0,74% artımla bazarın ümumi optimizmini dəstəkləyib. Microsoft, Alphabet (Google) və Meta Platforms kimi texnoloji şirkətlərdə isə sabit, lakin ardıcıl artım müşahidə olunub.
Yalnız Amazon.com səhmlərində cüzi 0,67% azalma qeydə alınıb.
Daha detallı aşağıdakı cədvəldə :
| Sıra | Şirkət Adı | Səhmin Bağlanış Qiyməti ($) | Gündəlik dəyişiklik (%) |
| 1 | Apple | 252,29 | +1,96 |
| 2 | Amazon.com | 213,04 | -0,67 |
| 3 | Meta Platforms | 716,91 | +0,68 |
| 4 | Berkshire Hathaway | 492,42 | +0,74 |
| 5 | Visa | 341,89 | +1,94 |
| 6 | Johnson & Johnson | 193,22 | +0,57 |
| 7 | Microsoft | 513,58 | +0,39 |
| 8 | Alphabet (Google) | 253,30 | +0,73 |
| 9 | Tesla | 439,31 | +2,46 |
| 10 | NVIDIA | 183,22 | +0,78 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.